Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Müxalifət lideri Yair Lapid iyulun 28-i axşam saatlarında Qəzzada davam edən müharibə ilə bağlı mətbuata açıqlama verib. Onun sözlərinə görə, Fələstin anklavında hərbi kampaniya “nəzarətdən çıxıb”.
Bizimyol.info xəbər verir ki, Lapid, ölənlərin sayının artmaqda davam etdiyi bir vaxtda İsrail Müdafiə Qüvvələrinin (İMQ) əməliyyatlarını təkrarlanmasına və qəti nəticələrin olmamasına görə tənqid edib.
"Biz dördüncü dəfədir ki, Xan Yunisi, üçüncü dəfə Cəbəlyanı ələ keçiririk. Biz hər gedəndə HƏMAS qayıdır, yolları və evləri minalayır və bizim geri dönməyimizi gözləyir", - deyə Lapid qeyd edib.
Onun sözlərinə görə, İsrail hökuməti artıq Qəzzada əsgərlərin niyə ölməkdə davam etdiyini necə izah edəcəyini bilmir.
O əlavə olaraq: "Müharibəyə indi son qoymasaq, girovlar geri qayıtmayacaq, İMQ ən yaxşı döyüşçülərini itirməyə davam edəcək, humanitar fəlakət daha da pisləşəcək və dünya öz qapılarını israillilərin üzünə bağlayacaq. Buna yol vermək olmaz", - deyib.
Müxalifət lideri həmçinin qeyd edib ki, indi baş verənlərin alternativi var.
Təhsil naziri Yoav Kiş Lapidin açıqlamalarını kəskin tənqid edib. “Lapid, çox təəssüf ki, HƏMAS-ın bəyanatlarını təkrarlamaq qərarına gəldiniz. Sizi və dostlarınızı dinləyib təslim olsaq, HƏMAS Qəzzaya nəzarəti bərpa edəcək, əsgərlərimizin qanı boş yerə tökülmüş olacaq və növbəti qırğın an məsələsidir. Siz İsrail dövlətinə dəstək vermək əvəzinə ağ bayraq qaldırıb düşmənə xidmət etmək qərarına gəldiniz”, - deyə nazir müxalifət liderinə cavab verib.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.