Qaxda pilləkənlərdən yıxılan şəxs xəstəxanada ölüb.
Modern.az-ın məlumatına görə, hadisə iyulun 26-də şəhərdə yerləşən restoranlardan birində baş verib.
Belə ki, Orxan Qarayev ehtiyatsızlıqdan pilləkənlərdən yıxılaraq xəsarət alıb, iyulun 27-də müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.