AZ

Həyasız insanlar efirləri zəbt edir- Bu nəyin başlanğıcıdır? -VİDEO

Həya, bir cəmiyyətin süzgəcidir, müdafiə mexanizmidir. Əgər bir insan, fərqi yoxdur, kişi və yadın – həyasını itiribsə, bu, onun itirəcək heç nəyi qalmayıb deməkdir. Arını, həyasını itirən insan partlamağa hazır bomba kimidir, ondan hər an hər şey gözlənilir. Həya insanlıq tarixi boyunca don olub insan üçün, geyim olub. İndi elliklə o donu çıxarıb atmışıq üstümüzdən, ya çılpaq gəzirik, ya da həyasızlıqdan tikilmiş paltar geyinirik.
Həyasız insanlar efirlərə ayaq açan gündən həyamız itdi bizim. Həya barədə minimum anlayışı olmayanlar necə davranmaq lazım olduğu, nəyin daha yaxşı, nəyin daha pis olduğu barədə mühazirələr verməyə başladılar efirdə. Bütün vücudu 5 qəpiyə dəyməyənlər, hətta dırnağı elm istehsal edən insanlara həya, ar, namus dərsi vermək cəsarəti tapdılar özlərində. Onlara bu meydanı verdilər, onlara bu imkanı tanıdılar. Onlar üçün bağlı qapı, keçilməz sədd yoxdur. Həyasız insanlar üçün bütün mümkünsüzlər mümkün olur.
Həyasızlıq azadlıq deyil, cəsarət deyil, özünə inam deyil. Həyasızlıq elə həyasını itirmək deməkdir, arını unutmaq deməkdir. Həyasızlığı adiləşdirmək bu xalqın mədəniyyətinin, mənəviyyatının, milliliyinin altına mina döşəmək deməkdir.
Necə adiləşdirirlər? Efirlərə həyasız aparıcılar, ardan yoxsul münsiflər çıxarmaqla, həyanın ayaqlar altına atılıb tapdandığı verilişlər nümayiş etdirməklə adiləşir həya anlayışı. Həyasız, mənəviyyatsız insanları məşhurlaşdıraraq, efirlərdə namuslu, mənəviyyatlı biri kimi təqdim etməklə adiləşir.
Əxlaqsızlığına görə ailəsi dağılmış insanlar efirdə əxlaqdan dərs verir xalqa. Həyasız olduğunu bir el bilir, çıxıb efirdə həyadan danışanlar basıb ölkəni bit-birə kimi.
Həya bizim sığortamızdır əslində. Bizi insanlıqdan çıxmağa qoymayan, üzümüzü qızardan və utanmağı unutdurmayan sığortamız. Əgər bir cəmiyyətin həya adlı sığortası varsa o bütün mənəvi uçurumlardan xilas ola bilər. Bəs bizim necə, o sığortamız yerindədirmi?
Lalə Mehralı, sosioloq
0:24 / 1:00
Seçilən
0
news365.az

1Mənbələr