Yeni mövsümə hazırlığını davam etdirən "Karvan" daha bir yoxlama oyunu keçirəcək.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda "İmişli" ilə qarşılaşacaq.
İyulun 30-da Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Sözügedən hər iki komanda yeni mövsüm Azərbaycan Premyer Liqasında çıxış edəcək.