AZ

Joao Feliks "Əl Nəsr"də 17,5 avro alacaq

Portuqaliyanın 25 yaşlı hücumçusu Joao Feliks Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunda illik 17,5 milyon avro maaş alacaq.

Operativ Media xəbər verir ki, Joao Feliksin Londonun “Çelsi” klubunda məvacibi 7 milyon avrodur.

Portuqaliyanın "Benfika" klubu ona illik 3 milyon avro maaş təklif edib.

"Çelsi" Joao Feliksin transferindən təxminən 50 milyon avro qazanacaq.

Bundan əvvəl "Əl Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun Joao Feliksi Səudiyyə klubunun təklifini qəbul etməyə razı saldığı bildirilmişdi.

Seçilən
9
operativmedia.az

1Mənbələr