İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, paytaxt təmsilçisi “Flamenqo”dan Veslini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı cinah müdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb.
“Roma” Braziliya yığmasının da üzvü olan Vesli üçün 25 milyon avro ödəyib.