ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Kontakt” mağazalar şəbəkəsi Qafqaz regionunda bir ilkə imza ataraq Avropanın ən böyük elektronika ittifaqı – “Euronics”in rəsmi tərəfdaşı seçildi.
Globalinfo.az bildirir ki, ittifaqa üzvlük yerli bazarda lider mövqeyə sahib, rəsmi və keyfiyyətli dünya brendləri ilə partnyorluq edən, həmçinin müştəri yönümlü fəaliyyət prinsiplərinə əsaslanan şirkətlərə təqdim olunur.
“Euronics”lə əməkdaşlıq “Kontakt”a Avropa təcrübəsini ölkə bazarında tətbiq etmək, eyni zamanda öz bilgi və yanaşmalarını beynəlxalq platformada bölüşmək imkanı yaradır. Artıq kontakt.az saytında “Euronics nişanı” da bu əməkdaşlığı rəsmi şəkildə əks etdirir.
Müştərilər üçün hansı üstünlüklər var?
“Euronics” üzvlüyü sayəsində “Kontakt” daha geniş məhsul seçimi, sərfəli şərtlər, eləcə də xidmət və dəstək sahəsində əlavə güclənmə fürsətləri əldə edir.
“Kontakt” mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadə bu partnyorluğu belə dəyərləndirir:
“Müştəri xidmətlərinə Avropa dəyəri qatmaq bizim üçün həm məsuliyyətli, həm də həyəcanverici bir mərhələdir. Qürurla deyə bilərik ki, bu gündən müştəri mərkəzli yanaşmamız Avropa təcrübəsi ilə daha da möhkəmlənir”.
“Euronics” – Avropanın 37 ölkəsində, 7000-dən çox müstəqil mağazanı bir çətir altına toplayan və etibarlı texnologiyanı geniş istehlakçı auditoriyasına çatdıran pərakəndə güclərin birləşdiyi bir mərkəzdir. Bu qlobal təşkilatın əsas missiyası isə elektronika məhsullarını rəsmi və keyfiyyətli təchizatçılardan yüksək xidmət səviyyəsi ilə təmin etməkdir.
“Kontakt” – Azərbaycanda 50-dən çox mağaza və 100-dən artıq beynəlxalq brendin rəsmi partnyorluğu ilə illərdir regionda öz liderliyini qoruyub saxlayır. Üstəlik, ölkə sərhədlərini aşan şəbəkə Gürcüstanda 4 mağaza olaraq fəaliyyət göstərir və ilsonuna kimi fəaliyyət zonalarını bir qədər də genişləndirməyi hədəfləyir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.