AZ

Atlantik alver: ABŞ-la Aİ arasında yeni ticarət sazişi nəyi və necə dəyişəcək?

Bakı.Trend:

Qolf klubu... Şotlandiyanın sakit və təmtəraqsızguşəsində, rəsmi danışıqlar zalından uzaqda baş verən bir hadisə,Atlantik okeanının iki tərəfində yerləşən iqtisadi məkan üçünoyunun qaydalarını dəyişə bilər. ABŞ Prezidenti Donald Tramp vəAvropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, ABŞ ilə Avropaİttifaqı arasında tarif siyasəti, enerji əməkdaşlığı və müdafiəsatınalmaları sahələrində prinsipial razılığa gəldiklərini elanetdilər. İlk baxışdan diplomatik uğur təsiri bağışlasa da, əslində,bu, bərabərhüquqlu tərəfdaşlıq adı altında sərt iqtisadi diktatınpaketə bükülmüş formasıdır.

Sazişin mərkəzində - ABŞ-ın Avropa İttifaqından olanbütün idxala 15 faiz gömrük rüsumu tətbiq etmək qərarı dayanır. Buisə, açıq-aşkar diskriminasiya aktıdır, sadəcə "stratejiyaxınlaşma" etiketiylə təqdim olunur. Aqressiv proteksionistsiyasəti ilə tanınan Tramp, Avropaya o şərtləri sırıya bildi ki,Brüssel bu barədə danışığa belə getməməyə çalışırdı. Trampın mesajıisə birmənalı idi: ya 15 faiz, ya da 30. Avropalılar "azziyanlısını" seçdi.

Bu addım, Almaniyanın sənaye ürəyində - avtomobil vəmaşınqayırma sektorunda - əsl həyəcan siqnalı kimi qarşılandı.Onsuz da Trampın qərarı ilə alüminium və polada qarşı tətbiq olunan50 faizlik rüsumdan əziyyət çəkən Almaniya, indi də bütün məhsullarüzrə tarif dalğasına tuş gəlmək üzrədir.

Donald Tramp, Aİ ölkələrinin qarşıdakı dörd il ərzindəABŞ-dan enerji resursları və hərbi texnika üzrə 750 milyard dollardəyərində məhsul alacağını bəyan etdi. Rəqəmlər gurultulu səslənsədə, suallardan daha çox sual doğurur.

Birincisi, enerji resurslarının alınması AvropaKomissiyasının yox, milli hökumətlərin və özəl şirkətlərinsəlahiyyətindədir. ABŞ-dan maye təbii qazın alınması isə yalnızbazarda rəqabətə davamlı olduğu halda mümkündür. Hazırda Yaxın Şərqvə Norveç qazı həm daha ucuz, həm də logistika baxımındanəlverişlidir.

İkincisi, silah məsələsi. Avropa İttifaqı ortaqmərkəzləşdirilmiş hərbi alış proseduruna malik deyil. Silahalqı-satqısı ayrı-ayrı dövlətlərlə, məsələn, Airbus, Rheinmetall,Thales kimi şirkətlər arasında baş tutur. Məsələn, Polşa ABŞ-danPatriot raket sistemləri və ya F-35 təyyarələri alsa belə, bu,ümumavropa mövqeyi anlamına gəlmir.

Nəhayət, 600 milyard dollarlıq sərmayə məsələsi. Nəmüddəti məlumdur, nə konkret layihələri, nə də hansı mənbədəngələcəyi. Bu, daha çox informasiya təzyiqinin bir elementinixatırladır, nəinki real maliyyə planını.

Ən ciddi güzəşt isə Avropa İttifaqının qeyri-tarifbaryerlərinin bir hissəsini aradan qaldırmaq vədidir. Söhbətamerikalı avtomobil istehsalçılarının texniki standartlarına yaşılişıq yandırmaqdan və kənd təsərrüfatı sahəsində məhdudiyyətlərinyumşaldılmasından gedir. Bu, əslində, iqtisadi kapitulyasiyadır:məhz bu baryerlər Avropa istehsalçılarını və fermerlərini Amerikabazarının nəzarətsiz ekspansiyasından qoruyurdu.

Amerika texniki standartlarının tanınması, dünyanın ənsərt və istehlakçı yönümlü sistemlərindən biri olan Avropasertifikasiya mexanizmini zəiflətmək anlamına gəlir. Sabah digərticarət tərəfdaşları da eyni güzəştləri tələb etməyə başlasa,Avropa buna necə "yox" deyəcək?

Kənd təsərrüfatı sahəsi də istisna deyil: ABŞ-danidxal edilən GMO məhsullarına qadağanın ləğvi, pestisid istifadəsiilə bağlı normaların dəyişdirilməsi və ərzaq təhlükəsizliyistandartlarının aşağı salınması - bunlar elə presedentlərdir ki,vaxtilə Avropa İttifaqı daxilində ekologiya fəalları və fermerbirlikləri tərəfindən kəskin etirazla qarşılanmışdı.

Ursula fon der Lyayen bu sazişi “çətinlikləqazanılmış, amma qarşılıqlı faydalı” adlandırdı. Amma sual doğurur:bu saziş əslində kimə faydalıdır?

Rəqəmlərə baxaq: 2024-cü ildə ABŞ, Aİ-dən 606 milyarddollarlıq mal idxal edib, lakin Avropaya cəmi 370 milyard dollarlıqməhsul ixrac edib. Yəni ABŞ onsuz da daha çox qazanır. İndi isə bubalans daha da onların xeyrinə dəyişir. Avropa isə, faktiki olaraq,mövcud vəziyyəti qoruyub saxlamaq üçün güzəştə gedir - bu artıqdiplomatiya yox, iflasdan can qurtarma cəhdidir.

Bu "yeni ticarət sazişi", Şotlandiyanın qolf klubunda,pərdəarxası atmosferdə Donald Tramp və Ursula fon der Lyayenarasında razılaşdırılsa da, təkcə təntənəli bəyannamələrlə yox,eyni zamanda, Berlinin iqtisadi dairələrində yayılan ciddinarahatlıqla qarşılandı. “Qətiyyətli liderlik”, “qeyri-müəyyəndövrdə sabitlik” - bütün bu siyasi şüarlar arxasında reallıq çoxsərtdir: bu razılaşma, əslində, gücün və təzyiqin diktəsi altındaəldə olunmuş ağrılı kompromisdir.

Almaniya Sənaye Federasiyası (BDI) açıq şəkildə bəyanetdi: Avropa ixracına 15 faizlik tariflərin tətbiqi nəzərdə tutulanyeni model, yalnız Aİ iqtisadiyyatına deyil, ABŞ iqtisadiyyatına daciddi zərbə vuracaq. Burada söhbət "qarşılıqlı fayda"dan yox,Trampın açıq şəkildə təhdid etdiyi 30 faizlik tarif qarşısındaedilən məcburi güzəştlərdən gedir.

Almaniya Kimya Sənayesi Assosiasiyası (VCI) vəziyyətimetaforik bir ifadə ilə dəyərləndirib: “Qasırğa gözləyirdik,fırtına ilə canımız qurtardı. Eskalasiyanın qarşısı alındı, ammabunun üçün ödənilən qiymət - çox yüksək oldu.” Hətta həmişədiplomatik tonu ilə seçilən Berlinin özündə də narazılıq açıqsəslənir - xüsusilə də yüksək texnologiyalı və ixracyönümlüsektorları təmsil edən assosiasiyaların dilindən.

Almaniyanın Xarici Ticarət və Xidmətlər Federasiyasıisə daha da irəli gedərək xəbərdarlıq edib: əldə olunmuş bu“kompromis”, xüsusilə kiçik və orta müəssisələr üçün varlıq-yoxluqməsələsinə çevrilə bilər. Bu, təkcə iqtisadi siqnal deyil - siyasisiqnaldır: Berlin uzun müddətdən sonra ilk dəfə açıq şəkildə etirafedir ki, ABŞ-ın ticarət siyasəti artıq sadəcə çətinlik deyil, realekzitensial təhdiddir.

Münhendə yerləşən nüfuzlu IFO institutunun rəhbəri,iqtisadçı Klemens Fuest bu sazişi “Avropa İttifaqı üçün alçaldıcı”adlandıraraq, danışıqlar prosesindəki balanssızlığa diqqət çəkib.“Əgər bir tərəf diktə edir, digər tərəf isə razılaşırsa, bu artıqsaziş yox, kapitulyasiyadır,” - deyə o qeyd edib.

Bununla belə, rəsmi Berlin ritorikasında sərtlikdənqaçıb. Almaniya kansleri Fridrix Mers, bu razılaşmanı “lazımsızgərginlikdən yayınma vasitəsi” kimi təqdim edərək, onu “Avropaİttifaqının fundamental maraqlarını qoruyan addım” kimiqiymətləndirib. O, etiraf edib ki, daha geniş ticarətliberallaşması gözləyirdi, amma nəticə gözləntilərin çox gerisindəqaldı.

Maliyyə naziri Lars Klinqbayl da bu tonu saxlayaraq,razılaşmanı “ilk addım” kimi xarakterizə etdi və onun Almaniyaiqtisadiyyatına və məşğulluğa təsirini izləyəcəklərini bildirdi.Beləliklə, Almaniya hökuməti daxilində artan tənqidi yumşaltmaq vəVaşinqtonla açıq qarşıdurmadan yayınmaq strategiyasına üstünlükverilir.

Sazişin elanından bir gün sonra Ursula fon der Lyayenayrıca bəyanatla çıxış edərək diqqəti sazişin enerji komponentinəyönəltdi. Onun sözlərinə görə, Avropa İttifaqı Rusiya enerjidaşıyıcılarını ABŞ məhsulları ilə əvəz etməyi planlaşdırır: söhbətmaye təbii qazdan, neftdən və hətta nüvə yanacağından gedir.

Bu bəyanat xüsusilə geosiyasi mənzərə baxımındanəhəmiyyətlidir. ABŞ-la imzalanmış saziş, faktiki olaraq, Avropanınenerji sahəsində ABŞ-dan asılılığını rəsmiləşdirir. Bu isə,Rusiyanın Avropa enerji bazarından sıxışdırılıb çıxarılmasıprosesinə ciddi təkan verəcək. Amma bu əvəzlənmə strukturbaxımından nə qədər sabit olacaq? ABŞ satmağa hazırdır, amma Avropasiyasi loyalıq naminə yüksək qiymətlərlə almağa nə qədərhazırdır?

Rəqəmlərə baxsaq, tərəflər ümumilikdə 600 milyarddollarlıq investisiya və 750 milyard dollarlıq ABŞ məhsulununalınması barədə razılığa gəldiklərini bəyan ediblər. Amma burəqəmlərin detallarına gəldikdə - ortada nə konkret müddətlər, nəsahələr, nə də mexanizmlər var. Bu, sənədləşdirilmiş stratejiproqramdan daha çox, Donald Trampın media uğuru təsiribağışlayır.

Amma ABŞ xəzinəsinə daxil olacaq gömrük rüsumları -artıq tamamilə realdır. 2024-cü ildə Aİ-dən ABŞ-a idxal olunmuşmalların ümumi həcmini nəzərə alsaq, bu yeni tariflər nəticəsindəAmerika büdcəsinə təqribən 90 milyard dollar vəsait daxil olacaq.Bu pullar isə, Trampın proteksionist strategiyasını reallaşdırmağavə daxili istehsalı, xüsusilə də seçkilər ərəfəsində, dəstəkləməyəyönəldiləcək.

Bütün bu fonun qarşısında ən mühüm və prinsipialsuallardan biri ortaya çıxır: ümumiyyətlə, Avropa İttifaqı adındanbu cür razılaşmaları bağlamağa kim səlahiyyətlidir? Ticarət vəinvestisiya sahəsində Brüssel üzv dövlətlərin adından danışa bilir,amma enerji və xüsusilə müdafiə sahəsində vəziyyət dahamürəkkəbdir. Razılaşmanın heç bir bəndi nə Avropa Parlamentindəmüzakirə olunub, nə də Fridrix Mersdən başqa hansısa milli lidertərəfindən şərh edilib.

Nəticə nədir? Trampla əldə olunmuş bu razılaşma - bugün geoiqtisadi məcburiyyətin rəsmi şəkildə sənədləşdirilməsi vəBrüsselin səlahiyyətlərinin arxa otaqlarda əldən çıxarılmasıdır.Bu, Avropa İttifaqının özünün qəbul etdiyi prosedurlardan yankeçərək, Vaşinqtonun iradəsinə uyğun formalaşdırılmış bir“sazişdir”. Və məhz burada əsas təhlükə yatır: “sabitlik” vəd edənpafoslu çıxışların arxasında, Avropanın iqtisadi suverenliyinindemontajı gedir.

ABŞ-la Avropa İttifaqı arasında bağlanmış bu razılaşma- yaxınlaşma deyil, sistemli asimmetriyanın göstəricisidir. BuradaABŞ qaydaları diktə edir, Avropa isə, “daha pis ssenaridənyayınmaq” ritorikasına sığınaraq, həmin qaydaları qəbul etməyəməcbur qalır. Bu, Berlin üçün açıq mesajdır: tərəfdaşlıq dövrü başaçatdı, indi sərt geoiqtisadi reallıqlar dövrü başlayır - və bureallıqlarda, Aİ-nin ən güclü iqtisadiyyatı belə şərtləri diktə edəbilmir.

Qələbə ritorikası bu mənzərədə yalnız Atlantikanın birtərəfində uyğun gəlir. Digər tərəfdə isə - bu, Avropanın iqtisadisubyektivliyinin bir hissəsini itirdiyi gündür. Və bunu Avropaözü-öz maraqlarına zidd olan şərtlərlə razılaşaraq etmiş oldu.

Tramp və fon der Lyayenin razılaşması - tərəfdaşlığınnümunəsi deyil, geoiqtisadi təzyiqin dərsidir. ABŞ, tarifşantajından istifadə edərək, Avropa İttifaqına elə bir şərtlərpaketini sırıya bildi ki, nəticədə Avropa bərabər tərəfdaşdan asılımüştəriyə çevrildi. Bu, Vaşinqtonun daha geniş strategiyasınıntərkib hissəsidir - məqsəd: Avropanın iqtisadi müstəqilliyinisarsıtmaq və Brüsseli idarəolunan inteqrasiya rejiminəkeçirməkdir.

Və bu fon qarşısında əsas sual hələ də açıq qalır:ittifaqla tabeçilik arasında sərhəd harada keçir? Və daha neçə belə“kompromis addımı” lazımdır ki, iqtisadi “partnyorluq” anlayışısiyasi vassallıqla tam sinonimə çevrilsin?

Bu razılaşma, əslində, bir qırılma nöqtəsidir. Avropabir tərəfdən enerji və təhlükəsizlik böhranları ilə, digər tərəfdənisə ABŞ-ın getdikcə sərtləşən iqtisadi təzyiqləri ilə üz-üzədir.Məhz bu məqamda, Avropa öz geoiqtisadi azadlığını qorumaq və ya onumərhələli şəkildə itirmək seçimi qarşısındadır. Hazırda seçilən yolisə, təəssüf ki, ikinci variantı xatırladır.

Bəli, Brüssel bu razılaşmanı “sabitlik”, “praqmatizm”və “reallıq hissi” ilə izah etməyə çalışır. Amma tarix belərazılaşmaları başqa cür xatırlayır - əzələ göstərənlə boyun əyənintarix kimi. Və bu tarixdə, əslində, kim qalib, kim isə uduzantərəfdir.

Baku Network

Məqalədə:
Seçilən
16
3
az.trend.az

4Mənbələr