Rusiyada yaşayan azərbaycanlı milyarder və iş adamı Araz Ağalarov Bakıya gəlib. Bu barədə onun oğlu, Azərbaycanın Xalq artisti Emin Ağalarov "Instagram" hesabında məlumat verib.
Bu səfər, Rusiyada azərbaycanlı diaspor rəhbərlərinə qarşı həbslərin və anti-Azərbaycan ritorikasının fonunda baş tutur. Bəzi Rusiya mediası Ağalarovun da mümkün cinayət təqibindən yayınmaq üçün ölkəni tərk etdiyini yazmışdı.
2024-cü il martın 22-də Araz Ağalarova məxsus “Krokus Siti Hollda” “Piknik” qrupunun konserti zamanı silahlı terror hücumu törədilmişdi. Hadisə nəticəsində 145 nəfər həlak olmuş, 500-dən çox insan yaralanmış, konsert zalı isə tamamilə məhv edilmişdi. Hücuma görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürmüşdü. İstintaq çərçivəsində 18 nəfər saxlanılmışdı.
Emin Ağalarovun sözlərinə görə, Crocus Group-a dəyən ziyan 150–200 milyon dollar arasında dəyərləndirilir. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov daha sonra bildirmişdi ki, “Krokus Siti Hol”un yerində xatirə parkı salına bilər.
N.Təbrizli