Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-iyun aylarında həyatın yaşam sığortası üzrə 401 milyon 418 manatdan çox sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 18,8% və ya 63 milyon 519 min manat çoxdur.
Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 66 milyon 331 min manat və ya 28,6% artaraq 298,1 milyon manata çatıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında yaşam sığortası üzrə yığımlar 337,9 milyon manata, ödənişlər isə 231,8 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!