AZ

Netanyahu Argentinaya gedəcək

Bu barədə Argentina hökumətinin rəsmi nümayəndəsi "The Times of Israel" xəbər saytına məlumat verib. O diqqətə çatdırıb ki, səfər çərçivəsində Benyamin Netanyahu Prezident Xavier Mileylə görüşəcək.

"Hərçənd səfərin həyata keçirilməsi üçün bir maneə – Baş nazirin təyyarəsinin Braziliya və Çilinin hava məkanından necə keçəcəyi ilə əlaqədar narahatlıq var. Çünki bu ölkələr Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvüdür", – sayt yazır.

Məlumat üçün bildirək ki, BCM Qəzza müharibəsində hərbi cinayətlər ittihamı ilə Baş nazir Benyamin Netanyahu, habelə sabia müdafiə naziri Yoav Qallant barəsində keçən ilin noyabrında həbs qərarı çıxarıb.

Eyni zamanda, Argentina da BCM-nin üzvüdür, amma gözlənilir ki, İsrail hökuməti səfərdən qabaq Baş nazirin bu ölkəyə girməsinə icazə verilməsi, saxlanılmaması üçün rəsmi zəmanət istəyəcək.

Xatırladaq ki, Argentina Prezidenti Xavier Miley keçən ay İsrailə üçgünlük səfərə getmişdi. O, aparılan danışıqlarda öz ölkəsinin səfirliyinin Qüds şəhərinə köçürülməsi, həmçinin Buenos-Ayres ilə Tel-Əviv arasında birbaşa uçuşlar açılması üzrə təkliflər sürmüşdü.

Firudin Həmidli
AzVision.az
Seçilən
0
1
azvision.az

2Mənbələr