AZ

Qapıları bu komandanın üzünə açdılar - Bayıldan FOTOLAR

Qarşıdakı mövsümü I Liqada mübarizə aparacaq "Səbail" məşqlərə başlayıb.

Bu məqsədlə Bayıl stadionunun qapıları "dənizçilər"in üzünə açılıb.

Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov mövcud vəziyyətlə bağlı Sportinfo.az-a qısa açıqlama verib:

“Komandamızın məşq etmək üçün Bayıl stadionuna guya buraxılmaması barədə həqiqəti əks etdirməyən xəbərlərə münasibətdə açıqlamamız klubumuzun müvafiq sosial media platformalarındakı səhifələrində məşqdən paylaşdığımız fotolardan ibarətdir. Əlavə şərhə lüzum görmürük“.

Seçilən
0
sportinfo.az

1Mənbələr