Axsham.az saytına istinadən ain.az xəbər verir.
Əməkdar artist Manana Çaparidze həyat yoldaşı Georgi, övladları Elizabet və Davidlə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, ifaçı ailəsi ilə birgə dünya ulduzu Castin Timberleykin Gürcüstanda baş tutan konsertində iştirak ediblər.
"Əziz, gözəl, dəyərli və doğma insanlar, sizə ən səmimi salamlarımı göndərirəm. Ümid edirəm ki sizdə hər şey yaxşıdır və bu yay sizə xoş istirahət, gözəl anlar yaşadır. Biz də ailəlikcə yay günlərindən birini unudulmaz xatirəyə çevirdik. Dünya ulduzu Castin Timberleykin möhtəşəm konsertində olduq. Həmin gün bizə enerji, sevinc və musiqi dolu anlar bəxş etdi. Uşaqlarımın gözlərindəki sevinc və bu gecənin emosiyaları yaddaşımızda əbədi qalacaq" deyə, Manana paylaşımında yazıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.