AZ

Tramp İranı İsraillə HƏMAS arasındakı atəşkəs danışıqlarını pozmaqda ittiham edib

ABŞ prezidenti: Tehran HƏMAS-a siqnallar və göstərişlər göndərməklə prosesə müdaxilə edib...

Poliqon xəbər verir, ABŞ prezidenti Donald Tramp İranı İsraillə HƏMAS arasında aparılan son atəşkəs danışıqlarını pozmaqda ittiham edib. CNN telekanalının məlumatına görə, Tramp bu fikirləri Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşü zamanı səsləndirib.

ABŞ prezidenti qeyd edib ki, Tehran danışıqlar prosesinə mənfi təsir göstərərək HƏMAS-a siqnallar göndərib və bu da münaqişənin uzanmasına səbəb olub.

"İran çox pis siqnallar göndərir, bunu sizə deyim. Yaxın keçmişdə darmadağın edilmiş bir ölkə üçün onlar çox xoşagəlməz siqnallar ötürürlər. Onlar bunu etməməlidirlər", deyə Tramp bildirib.

Tramp eyni zamanda İranın xarici işlər nazirinin bir televiziya proqramında çıxışını da xatırladaraq qeyd edib ki, bu çıxış da Tehranın danışıqlara təsir göstərməyə çalışdığını nümayiş etdirir.

“Fikrimcə, onlar bu danışıqlara qarışaraq HƏMAS-a həm siqnallar, həm də əmrlər göndəriblər. Bu, çox pisdir”, deyə ABŞ prezidenti vurğulayıb.

Qeyd edək ki, Tramp administrasiyası İsraillə Fələstin arasında münaqişənin diplomatik həllinə nail olmaq üçün atəşkəs danışıqlarını dəstəkləyir. Lakin son aylarda İranın bölgədəki silahlı qruplarla əlaqələri Vaşinqtonun tənqidinə səbəb olub.

Poliqon.info

Seçilən
11
poliqon.info

1Mənbələr