AZ

Azərbaycan XİN başçısının müavini İran səfiri ilə regional vəziyyəti müzakirə edib

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov İranın bu ölkədəki səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

"Report" İSNA-ya istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, regional və beynəlxalq proseslər müzakirə olunub.

M.Dəmirçilu görüş zamanı İran-Azərbaycan münasibətlərinin dostluq və qardaşlıq əsasında inkişaf etdiyini bildirib. Tərəflər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın davam etdirilməsinin və münasibətlərin möhkəmləndirilməsinin zəruri olduğunu qeyd ediblər.

Seçilən
17
12
report.az

10Mənbələr