AZ

Ardadan 10 nömrəli formanın Mbappeyə verilməsinə reaksiya

“Real Madrid”də Luka Modriçin klubdan ayrılmasından sonra onun 10 nömrəli forması Kilian Mbappeyə verilib. Metbuat.az xəbər verir ki, Arda Gülerin də 10 nömrəli formanı istədiyi barədə iddialar irəli sürülmüşdü. “Defensa Central”da dərc edilən xəbərə görə, Arda Güler "Real Madrid" 10 nömrəli formanı Mbappeyə verdiyinə görə əsəbləşməyib və ya məyus olmayıb. Xəbərdə Ardanın sözlərinə də yer verilib. Bildirilir ki, Arda, "Mən bundan narahat deyiləm. Sadəcə oynamaq istəyirəm. Bu cür məsələlərə klub qərar verir" - deyə bildirib.

Qeyd edək ki, Kilian Mbappeyə 10 nömrəli formanın verilməsi təkcə idman deyil, həm də kommersiya baxımından böyük addım olduğu irəli sürülüb. Mbappenin yüz minlərlə 9 nömrəli formasını satan “Real Madrid” 10 nömrə ilə rekordlar qırmaq istəyir.

Seçilən
6
metbuat.az

1Mənbələr