“Çelsi” klubu “Ayaks”ın müdafiəçisi Yorrel Hatonun transferini başa çatdırmağa yaxındır.
90deqiqe.Az-ın "The Athletic"ə istinadən verdiyi məlumata görə, London təmsilçisi 19 yaşlı futbolçu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb. Transferin məbləğinin təxminən 40 milyon avro olacağı bildirilir.
Yorrel Hato ötən mövsüm “Ayaks”ın heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi qüvvədədir.
“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Hato əsasən sol cinah müdafiəçisi mövqeyində çıxış edir.