Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu “Çelsi”nin sol cinah müdafiəçisi Mark Kukurelyanı transfer etməkdə israrlıdır.
90deqiqe.Az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, Ər-Riyad təmsilçisi artıq futbolçunun transferi ilə bağlı London klubuna rəsmi təklif göndərməyə hazırlaşır. Potensial razılaşmanın detalları açıqlanmasa da, mənbə bu təklifin “çətin imtina ediləcək” səviyyədə olacağını bildirir.
Bununla belə, hazırda Kukurelyanın Premyer Liqada qalmaq istədiyi vurğulanır. “Əl-Nəsr” isə ona komandanın əsas oyunçularından biri olmaq imkanını təklif etməyə hazırdır.
Digər tərəfdən, “Çelsi”nin baş məşqçisi Enso Mareskanın Kukurelyanı komandanın əsas və vacib fiqurlarından biri kimi gördüyü qeyd olunur.
Qeyd edək ki, “Əl-Nəsr” hazırda portuqaliyalı hücumçu Joao Feliksin transferi ilə bağlı da irəliləmiş danışıqlar aparır.