ABŞ millisinin sabiq futbolçusu və MLS klubları – “San-Xose Ertkveyks”, “Nyu-York Red Bullz” və “Los-Anceles Qelaksi”nin keçmiş meneceri Aleksi Lalas “İnter Mayami”nin hücumçusu Lionel Messini Ulduzlar oyununda iştirakdan imtina etdiyinə görə tənqid edib.
90deqiqe.Az xəbər verir ki, "Goal " onun dediklərini belə çatdırıb.
“Bu artıq həddi aşır və bir qədər gülüncdür. Messi müqavilə imzalayarkən bilirdi ki, Ulduzlar oyununda iştirak onun öhdəlikləri sırasındadır. Qaydaları əvvəlcədən bilirdi. Buna görə də, Messi, artıq yetkin davranmağın vaxtıdır. Bu cür oyunlarda iştirak etməlisən. Əgər bu matçda oynamaq istəmirdinsə, bu məsələyə müqavilə imzalanan zaman aydınlıq gətirməli idin”
Xatırladaq ki, daha əvvəl Lionel Messinin Ulduzlar oyununu buraxdığı üçün bir matçlıq diskvalifikasiya aldığı bildirilmişdi.