AZ

Azərbaycan XİN başçısının müavini İran səfiri ilə görüşdü

BAKI, 29 iyul. TELEQRAF

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov İranın bu ölkədəki səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.

Görüş zamanı Azərbaycan-İran ikitərəfli əlaqələrinin mövcud durumu, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub.

Səfir iki ölkə arasında münasibətlərin dostluq və qardaşlıq prinsipləri əsasında inkişaf etdiyini vurğulayıb.

Hər iki tərəf qarşılıqlı maraqlara söykənən əməkdaşlığın davam etdirilməsinin və əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Seçilən
15
2
teleqraf.com

3Mənbələr