Rusiyanın "Aeroflot" aviaşirkəti haker hücumu nəticəsində İT infrastrukturunda baş vermiş irimiqyaslı nasazlıq səbəbindən ciddi maliyyə itkiləri ilə üzləşib...
Poliqon xəbər verir ki, Rusiyanın RBC nəşri bu barədə hava nəqliyyatı sənayesindəki mənbələrinin hesablamalarına istinadən yazıb.
Məlumatga görə, şirkət Moskvanın Şeremetyevo hava limanına uçuşların məcburi ləğvi səbəbindən cəmi bir gündə ən azı 250 milyon rubl itirə bilərdi. Real itkilərin daha çox olması mümkündür.
Bir tərəfli biletin dəyərinə (təxminən 20 min rubl) və təyyarənin 120 yerlik orta tutumuna əsasən, ləğv edilmiş bir uçuş şirkətə təxminən 2,4 milyon rubla başa gəlir. Gün ərzində ləğv edilən uçuşların sayını nəzərə alsaq, itkilər 259 milyon rubla çata bilər.
Bununla belə, digər mənbələr ümumi itkilərin daha çox olmasını istisna etmirlər - satılmamış biletlər, yerinə yetirilməmiş daşımalardan itkilər, həmçinin İT sistemlərinin bərpası xərcləri nəzərə alınmaqla... "Friendly Avia Support"un baş direktoru Aleksandr Lanetskinin sözlərinə görə, təkcə iyulun 28-də itkilərin real məbləği yarım milyard rublu keçə bilər.
Dünən günortadan sonra məlum olub ki, Rusiyanın "Aeroflot" şirkəti informasiya sistemlərinin işində ciddi nasazlıqlara görə Moskvaya və Moskvadan onlarla reysləri ləğv etmək məcburiyyətində qalıb.
"Silent Crow" və "Cyberpartisans BY" haker qrupları İT infrastrukturuna hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Onlar bildiriblər ki, bir ildən artıqdır onun şəbəkəsində olduqları üçün şirkətin daxili rəqəmsal sistemlərini tamamilə məhv ediblər. Onların sözlərinə görə, bu müddət ərzində hava uçuşlarının tarixini endirməyə və genişmiqyaslı təxribat hazırlamağa nail olublar.
"Aeroflot" Ukraynaya genişmiqyaslı işğalın başlamasından sonra beynəlxalq marşrutlarının bir hissəsini itirən və çoxsaylı Qərb sanksiyalarına məruz qalan Rusiyanın ən böyük aviaşirkətidir. Məhdudiyyətlər, xüsusən də təyyarələrin tədarükünə, texniki xidmətə və proqram təminatına təsir göstərib ki, bu da şirkəti kiberhücumlara qarşı daha həssas edib.
Poliqon.info