AZ

Qaydanı pozub maşını sıxışdırdı, sonra isə qəfil tormoz verib təhlükə yaratdı VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 15-də, paytaxtın Ziya Bünyadov prospektindəki tuneldə qeydə alınıb. Sözügedən yolun həmin hissəsində iki zolaq 20 Yanvar istiqamətindən, iki zolaq isə Qələbə dairəsi istiqamətindən gəlib tunelə qoşulur. Tunelin çıxışına doğru olan hissədə isə hər iki istiqamətdən gələn zolaqlar birləşərək iki zolağa keçir. Bu zaman trayektoriya kəsişərkən sağda olan sürücüyə yol vermək lazımdır.

Videogörüntüdə əks olunan 90-SJ-088 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü trayektoriya kəsişən yerdə sağındakı xanım sürücüyə yol verməyərək onu sıxışdırıb. Daha sonra isə qarşısına keçərək qəfil tormoz verib. Hadisə zamanı sürücü təhlükəli vəziyyətlə üz-üzə qalıb.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
avtosfer.az

1Mənbələr