AZ

Çempionlar Liqası: Bu gün 5 matç var

Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

"Unikal" xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçiriləcək. Bununla da 3-cü mərhələyə adlayacaq 5 komanda müəyyəbləşəcək.

Bu mərhələnin digər 10 cavab oyunu iyulun 30-na nəzərdə tutulub. Azərbaycan təmsilçisi "Qarabağ" ilk görüşdə İrlandiyada 3 cavabsız qolla qalib gəldiyi "Şelburn"la Bakıda qarşılaşacaq.

29 iyul

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları

19:00. "Kayrat" (Qazaxıstan) - "KuPS Kuopio" (Finlandiya)
İlk oyun: 0:2

22:00. "Drita" (Kosovo) - "Kopenhagen" (Danimarka)
İlk oyun: 0:2

22:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Hamrun" (Malta)
İlk oyun: 3:0

23:00. "Srvena Zvezda" (Serbiya) - "Linkoln" (Cəbəllütariq)
İlk oyun: 1:0

23:00. "Zrinski" (Bosniya və Herseqovina) - "Slovan Bratislava" (Slovakiya)
İlk oyun: 0:4

Seçilən
0
3
unikal.az

6Mənbələr