İstanbulun "Qalatasaray" futbol klubu ulduz futbolçusu Barış Alper Yılmaz üçün 30 milyon avro tələb edir. Barış Alper Yılmazı transfer etmək istəyən klub 30 milyon avro ödəniş etməli olacaq. Klub rəsmiləri bildiriblər ki, futbolçunun transfer məbləğində güzəşt etməyəcəklər. Türkiyə mediası iddia edir ki, gənc futbolçu ilə İtaliya, İngiltərə və Almaniya klubları ciddi şəkildə maraqlanırlar.
Mətləb