AZ

Pakistan Çindən yeni hücum helikopterləri aldı

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pakistan ordusu Çin tərəfindən istehsal olunan "Z-10ME" hücum helikopterlərinin ilk partiyasını təhvil alıb. Bu barədə sosial şəbəkələrdə yayılan yeni görüntülərdən məlum olub.

Oxu.Az-ın "Zona Militar" nəşrinə istinadla verdiyi məlumata görə, təslimat Hindistanın ABŞ istehsalı AH-64E "Apache" helikopterlərini silahlanmaya qəbul etməsi ilə demək olar ki, eyni vaxtda baş verib.

Bildirilir ki, bu, son gərginliyin ardınca Hindistan və Pakistan arasında hələ də gizli qalan münaqişəni əks etdirməklə yanaşı, Pekin və İslamabadın sıx hərbi əməkdaşlığının növbəti göstəricisi hesab olunur.

Çin mənbələrinin məlumatına görə, "Z-10ME" helikopterləri əvvəlki versiyalardan ciddi dərəcədə təkmilləşdirilib. Onlar yeni "WZ-9G" mühərriki (1 600 at gücü), gecə əməliyyatlarını asanlaşdıran termal görüntüləmə sistemləri, lazer məsafəölçənlər və dəbilqəyə quraşdırılmış nişangahlarla təchiz olunub. Helikopterlər 16-ya qədər tank əleyhinə və ya hava-hava raketi, 70 mm-lik raket blokları və 23 mm-lik topla silahlandırıla bilir. Maksimum yükdaşıma qabiliyyəti 1 540 kq-dır.

"Z-10ME" keramika və qrafen əsaslı kompozit materiallardan hazırlanan zirehlə qorunur, həmçinin müasir radioelektron mübarizə və radar sistemlərinə malikdir.

Pakistan Çindən yeni hücum helikopterləri aldı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
oxu.az

2Mənbələr