AZ

Zamiq Əliyevin transferinin baş tutmamasının SƏBƏBİ

Ukrayna mətbuatı azərbaycanlı futbolçu Zamiq Əliyevin "Veres" klubuna keçidinin baş tutmamasının səbəbi barədə yazıb.

İdman.biz xəbər verir ki, Albaniyanın "Eqnatiya" klubunda çıxış edən müdafiəçinin transferi ilə bağlı tərəflər fəal danışıqlar aparsa və razılığa gəlməyə yaxın olsalar da, son anda albanlar sövdələşmədən imtina etmək qərarına gəliblər.

Buna səbəb "Egnatiya"nın paralel olaraq Əliyevin potensial əvəzləyicisi ilə apardıqları danışıqların uğurlu nəticələnməməsidir. Braziliyalı mərkəz müdafiəçisi ilə razılığa gəlinmədiyindən klub azərbaycanlı futbolçunu heyətdə saxlamağa qərar verib ki, Konfrans Liqasının təsnifat oyunlarında mərkəz müdafiəçisiz qalmasın.

İdman.biz

Seçilən
9
1
idman.biz

2Mənbələr