AZ

Polşa 68 hektar ərazisini itirib

Dəniz sərhədlərinə düzəlişlər nəticəsində dövlət reyestrindən çıxarılan torpaqlar rəsmən ölkə ərazisindən silinib...

Poliqon xəbər verir ki, Polşanın rəsmi ərazisi 68 hektar azalıb. Bu, ölkənin Baltik dənizi sahillərində yerləşən bəzi inzibati bölgələrinin dəniz sərhədləri ilə real coğrafi mövqeləri arasında uyğunsuzluqların aradan qaldırılması zamanı baş verib. Məlumatı Gazeta.pl nəşri Polşanın Baş Statistika İdarəsinə (GUS) istinadla yayıb.

Ən çox ərazi itkisi Qərbi Pomeraniya voevodalığında qeydə alınıb. Bu region 35 hektar sahəni itirib. Ərazilərin dəqiqləşdirilməsi və yenilənməsi məqsədilə aparılan bu işlər çərçivəsində Polşada təxminən 5 min hektar kənd təsərrüfatı torpağının statusu yenidən qiymətləndirilib. Bunun əksinə olaraq, şəhər ərazilərinə isə əlavə olaraq 4,96 hektar sahə əlavə olunub.

Məlumatda həmçinin qeyd edilir ki, ölkə əhalisi 2024-cü il ərzində 147 min nəfər azalıb. 2019-cu ildən bəri Polşada əhalinin ölkəni tərk etməsi və təbii azalması prosesi davam edir.

Ekspertlər bildirirlər ki, bu cür dəyişikliklər texniki xarakter daşısa da, onlar həm ərazi idarəetməsində, həm də əhalinin statistik təhlilində mühüm rol oynayır. Bu məlumatlar gələcək planlaşdırma və resursların bölgüsündə əsas baza rolunu oynayacaq.

Poliqon.info

Seçilən
6
poliqon.info

1Mənbələr