AZ

Ağstafada yeniyetmə bıçaqlanıb

Ağstafa, 29 iyul, Ruslan Novruzoğlu, AZƏRTAC

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb. Belə ki, 2009-cu il təvəllüdlü M. Huseynli qolunun və qarnının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat edilib. Yeniyetmənin vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, M. Huseynli tanışı tərədindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
5
4
azertag.az

5Mənbələr