AZ

“Xankəndi” FK ilə çempion olan funksioner yüksək vəzifəyə təyin edilib

Ötən mövsüm Region Liqasında çempionluq qazanan “Xankəndi” Futbol Klubunun uğurunda mühüm rol oynamış Vasif İsmayılov yeni vəzifəyə təyin edilib.

90deqiqe.Az xəbər verir ki, icraçı idarəçilik sahəsində zəngin təcrübəyə malik olan İsmayılov daha əvvəl Ağdam və Füzuli rayon mərkəzi xəstəxanalarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Yeni təyinatla o, Bərdə Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə gətirilib.

Qeyd edək ki, Vasif İsmayılovun həm səhiyyə, həm də idman sahəsindəki fəaliyyəti müvafiq qurumlar və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Seçilən
2
90deqiqe.az

1Mənbələr