"Mançester Yunayted" hücum xəttini Benyamin Şeşko ilə gücləndirməyi düşünür.

Offsideplus.az xəbər verir ki, "Leyptsiq" sloveniyalı hücumçu üçün 80 milyon avro tələb edir.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Şeşko ilə "Nyukasl" da maraqlanır. Lakin 22 yaşlı futbolçu "qırmızı şeytanlar"ı daha üstün tutur.

O, iki mövsüm keçirdiyi "Leyptsiq"də 87 oyunda 39 qol vurmağı bacarıb.

Qeyd edək ki, MY bu yay hələlik 3 transfer edib. Onlar Mateus Kunya, Brayan Mbemo və Dieqo Leonu heyətinə cəlb edib.