AZ

Lapid: Qəzzaya hücumlar dayanmasa, dünya israillilərə qapılarını bağlayacaq

Qəzza 7 oktyabr 2023-cü ildən dünyanın gözü qarşısında İsrailin hücumu altındadır.On minlərlə günahsız fələstinlinin həyatına son qoyan bu hücumlarda İsrail son zamanlar aclıqdan silah kimi istifadə edir.

Turkustan.az xəbər verir ki, İsrailin hücumlarına reaksiya verilərkən, İsrailin əsas müxalifət partiyası "Gələcək Buradadır"ın lideri Yair Lapid bildirib ki, Təl-Əviv Qəzzaya hücumlara son qoymalıdır.

İsrailin Qəzzadakı vəziyyətini "tam bir fəlakət" olaraq xarakterizə edən Lapid Təl-Əviv rəhbərliyinin strateji, əməliyyat və siyasi baxımdan uğursuz olduğunu bildirib.

Qəzzaya hücumların nəzarətdən çıxdığını və İsrailin işğal etdiyi ərazilərdə davamlı itkilər verdiyini qeyd edən Lapid, "Müharibəyə indi son qoymasaq, əsirlər geri qayıtmayacaq, İsrail ordusu ən yaxşı döyüşçülərini itirməyə davam edəcək, humanitar fəlakət daha da ağırlaşacaq və dünya İsraillilərin üzünə qapılarını bağlayacaq" dedi.

Lapid Qəzzaya hücumları dərhal dayandırmağa çağırıb və hərtərəfli atəşkəs və əsir mübadiləsi razılaşması vasitəsilə müharibənin tam dayandırılmasını tələb edib.

Seçilən
1
1
turkustan.az

2Mənbələr