AZ

Lizinq şirkəti “Partner Finance” ötən il ₼1 mln.-a yaxın xalis mənfəət əldə edib

Lizinq şirkəti “Partner Finance” QSC 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb. Banker.az xəbər verir ki, lizinq şirkətinin maliyyə hesabatına əsasən, ötən il ilə müqayisədə həm gəlirlərində, həm də xalis mənfəətində artım qeydə alınıb.

Belə ki, 2024-cü ildə şirkətin əsas əməliyyat gəlirləri 2.446 mln. manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövründəki 1.986 mln. manatla müqayisədə 23.2% artım deməkdir. Satışın maya dəyəri isə 1.278 mln. manat olub, bu göstərici ötən il 997 min manat idi. Maya dəyərinin yüksəlməsinə baxmayaraq, ümumi mənfəət 18.1% artaraq 1.169 mln. manata çatıb.

Şirkətin mənfəət vergisi ödənişləri isə 233.8 min manat təşkil edib, bu isə ötən ilə nisbətən 18.5% çoxdur. Nəticə olaraq, “Partner Finance”in xalis mənfəəti 2024-cü ildə 935 min manata yüksəlib. Müqayisə üçün, 2023-cü ildə bu göstərici 791 min manat idi. Yəni xalis mənfəət bir il ərzində 18.2% artım göstərib.

Lizinq şirkətinin aktivləri də böyüyüb. 2024-cü ildə “Partner Finance”in ümumi aktivləri 13.803 mln. manat olub. Bu göstərici 2023-cü ilin sonundakı 12.963 mln. manatdan 6.5% artımdır.

Kapital isə 57.5% artaraq 2.554 mln. manata çatıb. Bu artım əsasən bölüşdürülməmiş mənfəətin 931 min manatlıq yüksəlməsi ilə əlqədardır. “Partner Finance”in ümumi öhdəlikləri 2024-cü ilin sonunda 11.248 mln. manat olub. Bu da əvvəlki ilin 11.341 mln. manatlıq öhdəliklərinə nisbətən cüzi – 0.8% azalmadır.

Xatırladaq ki, 14 fevral 2020-ci il tarixində dövlət qeydiyyatına alınmış “Partner Finance” QSC-nin nizamanmə kapitalının 49.02%-i Nuriyev Anar Seyran oğluna, 49.02%-i Qurbanova Şamama Balaqardaş qızına, 1.96%-i 1 fiziki şəxsə məxsusdur. 2023-cü ilin sentyabr ayınadək “Partner Finance” QSC-nin nizamnamə kapitalının 100%-i Nübuvvət Rzayevə məxsus idi.  Ötən il Şirkətin 6 nəfər işçisi olub.

Seçilən
23
banker.az

1Mənbələr