AZ

Hər bir insan öz qorxusunun öhdəsindən gəlməyi öyrənə bilər – Leyla Bəşirova

Bakı. Trend:

Hər bir insan öz qorxusunun öhdəsindən gəlməyi öyrənə bilər.

Trend xəbərverir ki, 93 FM dalğasında yayımlanan “Sağlam radio” nun qonağıolan Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanası Başhəkimi Leyla Bəşirova qorxuların aradan qaldırması və idarəetməsiüçün özünəkömək strategiyaların mövcudluğunu qeyd edib.

Onun sözlərinə görə, ilk növbədə qorxunu qəbul edib, tanımaqlazımdır:

“Əvvəlcə özünüzə etiraf edin: “Hə, mən qorxuram”. Bunda heç birqəbahət yoxdur, sizin qorxmaq hüququnuz var. Daha sonra özünüzəsual verin “Mən nədən qorxuram? Mənim qorxum nədir?”. Qorxunutanıyıb onu qəbul etmək, onunla mübarizədə ilk və vacib addımdır.Nəfəs texnikaları var, hansı ki qorxunu və həyəcanı azaldır,məsələn dərin, yavaş nəfəs alma. Qorxudan tam qaçmaq əvəzinə, onukiçik dozalarda və təhlükəsiz şəraitdə yaşamaq məsləhət görülür.Məsələn, əgər hündürlükdən qorxursunuzsa, əvvəl aşağı mərtəbələrəçıxın, sonra yavaş-yavaş daha yüksək yerlərə”.

L.Bəşirova bildirib ki, qorxu gələndə öz-özünüz ilə söhbətaparın, özünüzü pozitivliyə yönləndirin, qorxunu azaldacaq sözlərdeyin “Mən təhlükədə deyiləm. Bu sadəcə bir hissdir və tezlikləkeçəcək. Mən bunu bacaracam”:

“Sağlam həyat tərzi zehni gücü artırır. Dərin fiziolojı yuxu,sağlam qidalanma, fiziki fəaliyyət, hər gün 20-30 dəqiqəlik gəzintibelə qorxu səviyyəsini azalda bilər. Qorxunu aşmaq üçün etdiyinizhər kiçik irəliləyişə görə özünüzü mükafatlandırın, bu,motivasiyanı artırır. Özünəkömək strategiyası başlanğıc üçünyaxşıdır. Lakin özünüz bacara bilmədiyiniz halda və qorxunungündəlik həyatınızı ciddi təsir edirsə, professional dəstək,psixoloq və psixiatra müraciət etmək daha effektiv olar”.

Seçilən
4
az.trend.az

1Mənbələr