AZ

Azərbaycanda pensiya yaşı artırılır? - AÇIQLAMA

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov Azərbaycanda pensiya yaşının artırılacağı ilə bağlı iddialara münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, hazırda təqaüdə çıxmağın yaşı olduqca normal müəyyənləşdirilib.

 

“Düşünürəm ki, bu yaş məsələsini daha da artırmağa ehtiyac yoxdur. Çünki bir insanın ömrünün yarıdan çoxunu əmək fəaliyyəti ilə məşğul olaraq keçirməsi yaxşı hal deyil. Doğrudur, bu gün qloballaşan iqtisadi trendlər və sosial yük mexanizmləri olduqca dəyişib. Amma yenə də düşünün ki, 65 yaşında bir şəxs hər hansı əmək fəaliyyəti ilə məşğul olmaq üçün kifayət qədər sağlamdırmı? İnsanın ömrünün uzun olması, onun iş qabiliyyətinin yerində olması demək deyil. Misal olaraq deyim ki, 65 yaşlı bir şəxsin sərnişin avtomobili idarə etməsi düzgündürmü? Təbii ki, yox.

 

Ümumiyyətlə, son dövrdə dəyişən iş mexanizmləri də yaşlı insanlar üçün çətinliklər yarada bilər. Hazırda 60 yaşını keçmiş neçə şəxs kompüter bacarıqlarını tam mənimsəyə və onunla çalışa bilər? Əgər bu məsələ tətbiq olunacaqsa, qarşıdakı 20 ildən sonra, yəni hazırkı orta yaşlı nəslin dövrünə təsadüf etməlidir. Çünki hazırda 30-40 yaşlı şəxslər dövrün tələbinə uyğun əmək qabiliyyətinə sahibdirlər. Onların 70 yaşa kimi işləmələrini düşünmək olar, çünki yeniliklərin tam mərkəzindədirlər. Amma hazırki 60 yaş qrupundakı nəslin 70 yaşa kimi işləməsini gözləmək çətin məsələdir", - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 29 İyul 2025, 10:15   
Seçilən
3
1
pravda.az

2Mənbələr