AZ

Kanada avqustun 1-dək ABŞ ilə ticarət razılaşması əldə etməyi hədəfləyir

Kanada hakimiyyəti avqustun 1-dək ABŞ prezidenti Donald Trampın administrasiyası ilə yeni ticarət sazişi bağlamağı gözləyir.

Operativ Media xəbər verir ki, bu barədə Kanadanın idarələrarası əlaqələr üzrə naziri və Kanada ilə ABŞ arasında ticarətə cavabdeh olan Dominik LeBlana istinadən CTV məlumat yayıb.

Onun sözlərinə görə, Ottava avqustun 1-dək Vaşinqtonla saziş bağlamaq niyyətindədir. Hazırda telekanal qeyd edib ki, danışıqlar öz "intensiv fazasına" daxil olub. Bununla əlaqədar olaraq Leblan bu həftə Vaşinqtonda olacaq.

Daha əvvəl Tramp ABŞ-nin artıq bir çox ölkə ilə yeni ticarət müqavilələri bağladığını, lakin Kanada ilə danışıqların hələ də davam etdiyini bildirib. Eyni zamanda o etiraf edib ki, Vaşinqton bu ölkədən idxal rüsumları ilə məhdudlaşacaq. Prezident vurğulayıb ki, ABŞ administrasiyasının ümid etdiyi ticarət sazişlərinin əksəriyyəti avqustun 1-dək bağlanacaq.

Seçilən
0
operativmedia.az

1Mənbələr