AZ

Cənub Şərqi Asiyada güclü zəlzələ olub

Bakı, TurkicWorld

Cənub Şərqi Asiyada 6,5 bal gücündə zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa-aralıq dənizi seysmoloji mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla 21:41 də baş verib. Onların episentri İndoneziyanın 250 minə yaxın əhalisi olan Bəndə-Açex şəhərindən 280 kilometr şimal-qərbdə olub.

Yeraltı ocağı isə 34 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.

Seçilən
1
1
turkic.world

2Mənbələr