AZ

Şəmkirdə əmioğullar bıçaqlandılar - Saxlanılan var

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, rayon sakinləri 2005-ci il təvəllüdlü Kazım Əliyev və 1999-cu il təvəllüdlü Sübhan Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya aparılıblar.

Məlumata görə, Kazım və Sübhan əmioğludurlar.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S.Əliyevə və K.Əliyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, rayon sakini Ehtiram Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
1
avtosfer.az

1Mənbələr