AZ

Valideyn ilk növbədə övladının qorxusunu anlayıb, ona etibarlı davranmalıdır – Baş həkim Leyla Bəşirova

Bakı. Trend:

Bir çox valideynlər uşaqlarında müxtəlif qorxu və fobiyalarınolduğunu qeyd edirlər.

Trend xəbərverir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”daSəhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanası Başhəkimi Leyla Bəşirova açıqlayıb.

Onun sözlərinə görə, uşaq qaranlıqdan, heyvanlardan və yadinsanlardan qorxa bilər:

“Valideynlər uşağa kömək etmək üçün həm anlayışlı, həm dəmərhələli bir yanaşma tətbiq etməlidilər. Bu tip qorxu uşaqyaşlarında, xüsusilə 3-8 yaş aralığında normal inkişaf mərhələsikimi görülə bilər. Lakin çox intensiv və uzunmüddətli olduqda,müdaxilə tələb olunur. Valideyn ilk növbədə övladının qorxusunuanlayıb, ona etibarlı davranmalıdır, onu qorxusu ilə təkburaxmamalıdır, mühakimə etməməlidir, uşağın qorxularınıkiçiltməməlidir. “Nədən qorxursan?”, “Bundan da qorxarlar?”, “Artıqböyük uşaq oldun”, “Bundan qorxmağa dəyməz” kimi ifadələr əvəzinə“Mən sənin narahatçılığını anlayıram”, “Mən səninləyəm,yanındayam”, “Mən də sən yaşda olanda qorxurdum” kimi ifadələrdemək lazımdır və uşaqların hisslərini dinləyib, qorxularınahörmətlə yanaşmaq lazımdır”.

L.Bəşirova qeyd edib ki, qorxunu aradan qaldırmaq üçün uşağınızıdinləyin, onunla vaxt keçirin, ona daha çox diqqət yetirin,birlikdə oyunlar oynayın, özünə inamın inkişafına kömək edin:

“Uşağa qarşı sərt davranmayın, ona qışqırmayın, mümkün qədərsakit olmalısınız. Uşağınızın qorxusu mənasız olsa da, onun yanındaolduğunuzu hiss etdirməlisiniz. Qorxu anlarında onları qucaqlayın,əzizləyin, sərt davranaraq, onlarda başqa qorxuların yaranmasınasəbəb olmayın. Əgər qorxular uşağınızın həyatına mane olursa vəuzun müddət davam edirsə, mütləq mütəxəssislərə müraciət edin. Əkshalda daha ciddi fəsadlar, uzun sürən fobiyalar yarana bilər”.

Seçilən
3
az.trend.az

1Mənbələr