İranın Zəngəzur dəhlizi kimi mövzularda narahatlığına ehtiyac yoxdur.
Referans xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşdə deyib.
Zəngəzur dəhlizini “şimal-qərbdəki sərhəd keçidi” adlandıran Pezeşkian deyib: "Qonşularımız və region ölkələri ilə
münasibətlərimizi və əməkdaşlığımızı geniş perspektivdən nəzərdən keçirdikdə, ölkənin şimal-qərbində sərhəd keçidləri kimi
təfərrüatlı məsələlərdən narahat olmaq lazım deyil".
İranın bu mövzuda həssaslığının azaldılmasını qeyd edən prezident Pezeşkian qonşularla və region ölkələri ilə əlaqələrin
inkişafının vacibliyini vurğulayıb. "Biz qonşularımızla münasibətlərimizi sərhəd maneələrinin aradan qaldırılması və
iqtisadiyyatlarımızı hərtərəfli birləşdirmək çərçivəsində nəzərdən keçirməliyik. Biz həssaslığı azaltmalı və konstruktiv qarşılıqlı
əlaqələrin genişləndirilməsini nəzərdən keçirməliyik", - İran prezidenti bildirib
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta