AZ

Rusiya Zaporojyedə cəzaçəkmə müəssisəsini vurdu - 16 nəfər ölüb

Rusiya ordusu Ukraynanın Zaporojye vilayətindəki cəzaçəkmə müəssisəsinə hücum edib.

Missiya.Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.

Onu sözlərinə görə, hücum nəticəsində 16 nəfər ölüb, 35 nəfər isə yaralanıb:

"Düşmən gecə saatlarında Zaporojya vilayətini ilkin olaraq FAB-lardan 8 dəfə atəşə tutub. Onlar cəzaçəkmə müəssisəsini vurublar, yaxınlıqdakı evlər də ziyan dəyib", - vilayət dövlət administrasiyasının rəhbəri əlavə edib.

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
1
2
missiya.az

3Mənbələr