Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüş keçirib.
Banco.az xəbər verir ki, bu barədə sədr "X" hesabında bildirib.
T. Kazımovun sözlərinə görə, görüş zamanı cari ilin birinci yarısında bank sektorunun fəaliyyət göstəriciləri və inkişaf meyilləri geniş şəkildə müzakirə olunub: "Həmçinin bank rəhbərləri ilə qarşıdakı dövr üçün strateji prioritetlər və sektorun gündəmində olan digər mühüm məsələlər üzrə fikir mübadiləsi etdik".
Bizi sosial şəbəkələrdən izləyin!!