Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın ultimatum xarakterli bəyanatlarına cavab verib.
Publika.az yerli mətbuata istinadla xəbər verir ki, Medvedev Trampın Ukrayna müharibəsi ilə bağlı açıqlamasına sərt reaksiya verib.
"Tramp Rusiya ilə ultimatum oyunu oynayır: 50 gün və ya 10 gün. O, iki şeyi yadda saxlamalıdır. Rusiya İsrail və ya İran deyil. Hər yeni ultimatum təhlükə və müharibəyə doğru addımdır. Rusiya ilə Ukrayna arasında deyil, öz ölkəsi ilə. Yuxulu Conun (ABŞ-ın keçmiş prezidenti) yolu ilə getməyin", - o deyib.
Qeyd edək ki, Tramp Putinə Ukrayna ilə sülh razılaşması əldə etmək üçün verdiyi 50 günlük müddəti 10-12 günə endirdiyini açıqlamışdı.