Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bank rəhbərləri ilə görüşüb.
AMB sədri bu barədə özünün "X" hesabında bildirilib. O bildirilib ki, Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüş keçirilib. Görüş zamanı cari ilin birinci yarısında bank sektorunun fəaliyyət göstəriciləri və inkişaf meyilləri geniş şəkildə müzakirə olunub.
"Həmçinin bank rəhbərləri ilə qarşıdakı dövr üçün strateji prioritetlər və sektorun gündəmində olan digər mühüm məsələlər üzrə fikir mübadiləsi etdik"- Taleh Kazımov əlavə edib.
Tarix: 29 İyul 2025, 10:27