AZ

"Portu" "Yuventus"un futbolçusunu transfer etmək istəyir

"Yuventus"un mərkəz müdafiəçisi Daniele Ruqani Portuqaliyanın "Portu" klubunun maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın "Sky Sport"a istinadən verdiyi məlumata görə, "əjdahalar" 31 yaşlı futbolçu üçün rəsmi təklif göndərməyə hazırlaşır. Lakin "Yuventus" rəhbərliyi Ruqani ilə yolları ayırmağa tələsmir. Buna səbəb komandadakı digər müdafiəçilər – Qleyson Bremer və Xuan Kabalın zədə səbəbindən hələ tam sağalmamalarıdır.

"Qoca sinyora"nın rəhbərliyi təcrübəli italyan futbolçunun yeni mövsümdə komandaya faydalı olacağını düşünür.

Qeyd edək ki, 2024/25 mövsümündə Ruqani icarə əsasında Niderlandın "Ayaks" klubunda çıxış edib. Onun "Yuventus"la mövcud müqaviləsi 2025-ci ilin ortasında başa çatır. "Transfermarkt" portalı futbolçunun dəyərini 3 milyon avro olaraq qiymətləndirir.

Seçilən
4
90deqiqe.az

1Mənbələr