AZ

“Milan” hücumçusunu yenə icarəyə verib

“Milan”ın hücumçusu Lorenzo Kolombo 2024/25 mövsümünü “Cenoa” klubunda icarə əsasında keçirəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasında imzalanan müqaviləyə əsasən, müəyyən şərtlər yerinə yetirildiyi halda “Cenoa” 23 yaşlı futbolçunu 10 milyon avroya birdəfəlik transfer edə bilər.

“Milan” akademiyasının yetirməsi olan Kolombo əsas komandada debütünü 2020-ci ildə edib. Lakin o, “rossoneri”nin heyətində cəmi 11 oyun keçirib və 1 qol vurub. Daha sonra mütəmadi olaraq digər klublara icarəyə göndərilib.

O, ötən mövsümü “Empoli”də keçirib və bu komandanın heyətində 43 oyuna çıxaraq 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
3
90deqiqe.az

1Mənbələr