AZ

Britaniya Fələstini tanıya bilər

Ajans.az xəbər verir ki,  "The Times" qəzetinin məlumatına görə, Böyük Britaniyanın Baş naziri Keir Starmer bu həftə Fələstin Dövlətini tanımaqla bağlı bir plan təqdim edəcək. Qəzet yazır ki, hökumət başçısının bu addımı, Starmerin rəhbərlik etdiyi hakim Leyborist Partiyasından gələn artan təzyiqlərlə bağlıdır. Məqaləyə əsasən, Nazirlər Kabinetinin yeddi üzvü baş nazirdən Fələstin dövlətini tanımasını tələb edir. Bu, partiyanın seçki proqramında yer alan, lakin konkret vaxt göstərilməyən bir vədin yerinə yetirilməsi demək olacaq. Leyborist Partiyası 2024-cü ilin iyulunda keçirilən ümumi seçkilərdə qələbə qazanaraq yenidən hakimiyyətə qayıdıb. "The Times" qeyd edir ki, təxminən 130 hakim partiya deputatı – yəni parlament fraksiyasının təqribən üçdə biri – Fələstinin tanınmasını tələb edir.

Qəzetin yazdığına görə, Starmerin sözçüsü bildirib ki, baş nazir "davamlı sülhə nail olmaq üçün işlədiyi planları yaxın günlərdə digər Avropa liderləri ilə bölüşüb" və fələstinlilərin "öz dövlətinə sahib olmaq kimi ayrılmaz hüququnu" tanıyır.

Seçilən
4
Ajans.az

1Mənbələr