AZ

“Roma” braziliyalı müdafiəçi transfer etdi

"Roma" klubu braziliyalı müdafiəçi Ueslinin transferini rəsmiləşdirib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Roma klubunun rəsmi saytı məlumat yayıb.

Futbolçu yeni klubuna Braziliyanın “Flamengo” komandasından keçib.

 İtaliya klubu Uesli üçün “Flamenqo”ya 25 milyon avro ödəyib. Bundan əlavə, 5 milyon avro bonuslar nəzərdə tutulub.

Serie A-da braziliyalı futbolçu 43 nömrəli formada çıxış edəcək.

21 yaşlı müdafiəçi 2021-ci ildən “Flamengo”da çıxış edib. Orada 136 oyuna çıxaraq 4 qol vurub və 6 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalına əsasən, Ueslinin bazar dəyəri 20 milyon avrodur.

Seçilən
3
90deqiqe.az

1Mənbələr