AZ

Ermənistan Yekaterinburqdan fəxri konsulu geri çağırıb

Ermənistanın fəxri konsulu Narek Spartakyan Yekaterinburqdan geri çağırılır.Bu barədə URA.RU xəbər verir.

Sayt yazır ki, buna səbəb onun ölkə rəhbərliyinin erməni apostol kilsəsi ilə bağlı mövqeyi ilə razılaşmaması və ÜAK-ı dəstəkləyən rusiyalı biznesmen Samvel Karapetyanın həbsi olub.

Spartakyan qeyd edib ki, Yekaterinburqda yaşayıb və bundan sonra da yaşayacaq.

O, “fəxri konsul statusu olmasa belə, yerli erməni icması üçün lazım olan hər şeyi edəcəyinə” söz verib.

İyunun 18-də “Taşir” Şirkətlər Qrupunun sahibi Samvel Karapetyan hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunaraq iki ay müddətinə həbs edilib. Cinayət işi o, bir gün əvvəl hakimiyyətin ali iyerarxlara qarşı təhqiramiz bəyanatları fonunda Erməni Apostol Kilsəsinin müdafiəsi üçün açıq çıxış etdikdən sonra açılıb. İş adamı özü də günahını etiraf etməyib və Ermənistan hakimiyyətini müflis adlandırıb.

İyunun 25-də arxiyepiskop Baqrat Qalstanyan və daha 16 nəfər irimiqyaslı axtarışlar və həbslərdən sonra həbs edilib. İstintaq Komitəsi hakimiyyətin silahlı yolla ələ keçirilməsi cəhdinin qarşısı alındığını bildirib. Qalstanyan və onun şərikləri terror aktları və kütləvi iğtişaşlar hazırlamaqda, hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunurlar. İyunun 29-da arxiyepiskop Mikael Ajapaxyan iki ay müddətinə həbs edilib. Ona qarşı hakimiyyəti ələ keçirməyə və suverenlikdən imtinaya çağırış ittihamı ilə iş açılıb.

Almaz Həsənli

Seçilən
7
oxumeni.az

1Mənbələr