Bakı, 29 iyul, AZƏRTAC
Almaniya millisinin və “Bavariya” sabiq futbolçusu Tomas Müller karyerasını Kanada klubunda davam etdirəcək.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı oyunçu “Vankuver Uaytkeps"ə keçəcək. Artıq tərəflər arasında danışıqlar son mərhələdədir.
MLS təmsilçisi Müllerlə 2026-cı ilin sonunadək müqavilə imzalayacaq.
Qeyd edək ki, Tomas Müller bu yay ABŞ-da keçirilən klublararası dünya çempionatından sonra “Bavariya”dan ayrılıb.