AZ

"Real" yüksək maaş tələb edən futbolçuya qapını göstərdi

"Real Madrid" Vinisius Junioru klubdan göndərə bilər. Metbuat.az xəbər verir ki, klub rəhbərliyi futbolçunun gələn transfer mövsümündə getməsini nəzərdən keçirir. "Defensa Central"da dərc edilən xəbərə görə, klub futbolçu ilə yeni müqavilə imzalamaq barədə razılığa gələ bilmir. İddialara görə, futbolçu illik 30 milyon avro məvacib tələb edib. Hazırda klubda heç bir futbolçu bu qədər qazanmır. Klub rəhbərliyi digər futbolçuları narazı salmamaq və maaş balansını pozmamaq üçün Vinisiusun məvacib tələbini qəbul etməyib.

Qeyd edək ki, Vinisius Juniorun “Real”la müqaviləsi 2027-ci ildə yekunlaşır.

Seçilən
5
metbuat.az

1Mənbələr